Baş nazir Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb

10-07-2025 19:20:44

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 10-da Pakistan İslam Respublikasının federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüşüb. Görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji tərəfdaşlığın uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı bildirilib. Dövlətlərarası münasibətlərin bütün sahələrdə yüksək inkişaf dinamikasından məmnunluq ifadə olunub. İki ölkənin məhkəmə-hüquq sisteml

Ardını oxu

Baş nazir Əli Əsədov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının növbədənkənar sessiyasında iştirak edib və Azərbayc

10-07-2025 19:19:37

İyulun 10-da Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası işə başlayıb.  Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tədbirdə iştirak edib. Açılış mərasimində Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciətini oxudu. Müraciətdə deyilir: “Beynəlxalq Mülki

Ardını oxu

Əbu-Dabidə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub

10-07-2025 19:18:20

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçirilib. Sonra görüş təkbətək formatda davam edib.

Ardını oxu

İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub

10-07-2025 09:02:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 9-da Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub. Söhbət zamanı dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığı, siyasi münasibətlərimizin yüksək səviyyədə olduğu, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdiyi vurğulandı. Prezident İlham Əliyevin bu ili

Ardını oxu

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib

09-07-2025 16:33:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib. Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşıladılar.

Ardını oxu

Baş nazir Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

09-07-2025 09:31:24

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 8-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Pakistan qardaşlıq əlaqələrinin inkişaf dinamikası vurğulanıb. İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Parlamentlərarası əməkdaşlığın əhəmiyyəti qeyd e

Ardını oxu