İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub

06-04-2026 11:04:07

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi. Prezide

Ardını oxu

İlham Əliyev Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

06-04-2026 11:00:35

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər. Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.

Ardını oxu

İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib

06-04-2026 10:58:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər. Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısı Memorialın önünə əklil qoydu. Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.

Ardını oxu

İlham Əliyev Gürcüstana dövlət səfərinə gəlib

06-04-2026 10:10:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfərinə gəlib. Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşıladılar.

Ardını oxu

Nazirlər Kabinetində müşavirə keçirilmişdir

04-04-2026 15:47:15

Aprelin 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirilib.  Müşavirədə martın 26-28-də respublikanın leysan yağışları və sel sularının ən kəskin ziyan vurduğu bir sıra şəhər və rayonlarında nəticələrin aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olunub, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvaf

Ardını oxu

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

03-04-2026 00:53:59

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 2-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazla görüşüb. Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin bu münasibətlərin daha da möhkəmlənməsində əsa

Ardını oxu