Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət etdi. Səfir Qorazd Rençel, ilk növbədə, COP29-un uğurla keçirilməsi və əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini dövlətimizin başçısına çat
Yanvarın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb. Ə.Əsədov iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür etdi. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin yüksək səviyyəsi təqdir edildi, iqtisadi əməkdaş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb. Andrey Plenkoviç COP29-un uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirinin COP29-da iştirakına görə təşəkkürünü bildirdi. Söhbət zamanı COP29 çərçivəsində qlobal iqlim gündəliyinin irəli apar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb. Odile Reno-Basso Azərbaycan Prezidentini COP29-un uğurla keçirilməsi münasibətilə təbrik etdi, bu tədbirdə əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini vurğuladı. O, ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında həyata keçirilən bi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-nın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşüb. Söhbət zamanı Azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə tarixən sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşamaları məmnunluqla vurğulandı. Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin Tramp dönəmində müsbət pers
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olundu.