Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib. Görüşdə çıxış edən dövlətimizin başçısı İlham Əliyev dedi: -İlk növbədə, idmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edirəm. Siz Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmisiniz, Azərbaycan Bayrağını ucalt
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına səfəri avqustun 9-da başa çatıb. Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər yola saldılar.
Avqustun 9-da Astanada Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə "Mərkəzi Asiya Dövlət Başçılarının Fəxri nişanı"nın təntənəli təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər dövlət başçıları tədbirdə iştirak ediblər.
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edib. Azərbaycan Prezidenti tədbirdə çıxış edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı. Sonra birgə foto çəkdirildi. Dövlətimizin başçısı tədbirdə çıxış etdi. Prezident İlham Əli
Avqustun 8-də Qazaxıstanın paytaxtı Astana şəhərində “Вечер дружбы” adlı qala konsert keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfərə gəlib. Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bekte