Mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi vida mərasimində iştirak edib. Baş nazir Əli Əsədov İran İslam Respublikası
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib. İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi dövlətim
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratovu qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib. Əvvəlcə dövlət başçıları “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarını işə saldılar. Sonra hidroqovşaqlarla bağlı videoçarx nümayiş etdirildi. Azərbaycan Respub
Mayın 19-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub. Dövlətimizin başçısını salamlayan İran Prezidenti Seyid İbrahim Rəisi dedi: Allahın adı ilə. Cənab Prezident, çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev il