Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər. Səmimi şəraitdə keçən görüşdə dövlət başçıları söhbət etdilər. Prezident Seyid İbrahim Rəisi: Salaməleyküm. Prezident İlham Əliyev: Əleykümsalam. Prezident Seyid İbrahim Rəisi: Sizi görməyimə məmnunam. Prezident İlham Əliyev:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi. Bildirildi ki, layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində ümumilikdə 17,14 kilometr uzunluğunda yollar salınacaq. İki və dörd
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi. Qeyd edək ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib. “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. İşğaldan azad edilən ərazilərdə yaşıl enerji zonasının yaradılması, rayonların karbonsuz zonaya çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub. Dövlətimizin başçısına qəsəbənin Baş planı üzrə görüləcək işlərlə bağlı məlumat verildi. Bildirildi ki, layihələndirilən ərazi rayon mərkəzindən 13,2 kilometr cənub-şərq istiqamətində, Araz çayının sahilində - respublika əhəmiyyətli Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu və Horadiz-Ağbənd dəmir yolu xətti üzərində yerləşir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub. Dövlətimizin başçısına kəndin Baş planı üzrə görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 157,54 hektar olacaq. Həmin müddətdə kənddə 2360 sakin üçün 590 fərdi evin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulub. Vurğulandı ki, kənddə əhalinin məşğulluğunun təm