Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvini qəbul edib.
Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb. Macarıstanın Baş naziri Viktor Orban SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi. O, Macarıstan xalqının ən xoş arzularını və Azərbaycanın suverenliyinin bərpası, regionda vəziyyətin sabitləşməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbananı qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanı qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanı qəbul edib. Azərbaycan Prezidenti Baş katib Hissein Brahim Tahanın İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirlərinin 5-ci Konfransında iştirakının önəmini qeyd edərək onunla bundan əvvəlki görüşlərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə