İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

11-02-2026 12:49:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Azərbaycanın ərəb dünyasını təmsil edən ölkələrlə siyasi, iqtisadi və digər sahələri əhatə edən sıx əlaqələrinin olduğunu deyərək, münasibətlərin genişləndirilməsində özünün ərəb ölkələrinə, ərəb dövlətlərinin liderlərinin isə Azərbaycana səfərlərinin

Ardını oxu

Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya

10-02-2026 21:10:26

Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti: İkitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiqləyirlər; 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupu

Ardını oxu

İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens mətbuata bəyanatlarla çıxış ediblər

10-02-2026 21:01:00

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens mətbuata bəyanatlarla çıxış ediblər.

Ardını oxu

Hökumətlər arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanma mərasimi keçirilib.

10-02-2026 20:44:32

Fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens imzalayıblar.

Ardını oxu

İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə geniş tərkibdə görüşü başlayıb

10-02-2026 18:56:30

Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə geniş tərkibdə görüşü başlayıb.

Ardını oxu

İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü olub

10-02-2026 18:41:43

Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə məhdud tərkibdə görüşü başlayıb.

Ardını oxu