Dekabrın 9-da Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub. Slovakiyanın Baş naziri dövlətimizin başçısını qarşıladı. Azərbaycan Prezidenti və Slovakiyanın Baş naziri birgə foto çəkdirdilər.
Dekabrın 9-da Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Slovakiya Milli Şurasının sədri dövlətimizin başçısını qarşıladı. Azərbaycan Prezidenti xatirə kitabını imzaladı.
Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin adından rəsmi ziyafət verilib. Dövlət başçıları ziyafətdə çıxış ediblər. Prezident Peter Pelleqrininin çıxışı -Cənab Prezident, əziz İlham. Hökumət nümayəndələri, xanımlar və cənablar, əziz dostlar. Cənab Prezident, bu gün Sizi mötəbər nümayəndə heyətinizlə birlikdə Bratislava qəsrind
Hörmətli xanım sədr! Hörmətli deputatlar! “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin və ümumilikdə büdcə zərfinə daxil olan sənədlərin Milli Məclisdə səmərəli müzakirəsinə, qaldırılan vacib məsələlərə, suallara, dəyərli təklif və tövsiyələrə görə millət vəkillərinə təşəkkürümü bildirmək istərdim. Eyni zamanda büdcə müzakirələrinin səmərəli təşkilinə görə Milli Məclisin rəhbərliyinə, hörmətli Sahibə x
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada Devin qəsrində olublar. Dövlətimizin başçısına Morava və Dunay çaylarının qovuşduğu məkanda yerləşən qədim qəsr barədə məlumat verildi. Bildirildi ki, Slovakiyanın rəmzlərindən biri olan Devin qəsri bu ölkənin milli mədəniyyət abidələri siyahısına daxildir. Yazılı mənbələrdə Devin adına ilk dəfə 864-cü ilə t
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər. Əvvəlcə Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirildi. Prezident İlham Əliyev və Prezident Peter Pelleqrini abidənin önünə əklil qoydular. Qeyd edək ki, bu abidə 1948-1989-cu illərdə keçmiş Çexoslovakiyadan qaçmağa çalışan zaman həlak olanların xati