Baş nazir Əli Əsədov İordaniyanın sənaye, ticarət və təchizat naziri ilə görüşüb

28-11-2025 15:44:56

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 28-də İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri, iki ölkə arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Yarub Qudah ilə görüşüb. Görüşdə Azərbaycan-İordaniya dövlətlərarası münasibətlərinin dostluq və əməkdaşlıq prinsipləri əsasında inkişaf etdiyini vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyev və İordaniyanın Kr

Ardını oxu

Elm və təhsil naziri Naxçıvana səfər edib

28-11-2025 12:27:34

Noyabrın 28-də Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan Muxtar Respublikasına səfər edib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirə

Ardını oxu

Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi layihələrin gedişatı təhlil edilib

28-11-2025 08:59:50

Noyabrın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülmüş işlər və gələcək dövrdə nəzərdə tutulan fəaliyyətlə bağlı müzakirə aparılıb. Naxçıvan Regional “ASAN xidmət” mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respu

Ardını oxu

Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib

27-11-2025 14:08:21

Noyabrın 27-də Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Naxçıvan Muxtar Respublikasına səfər edib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Ümummilli Lider Heydər Əliyevin Nax

Ardını oxu

İlham Əliyev “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib

27-11-2025 14:00:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda “Matanat-A” şirkətinin “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Matanat-A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlətimizin başçısına zavodun fəaliyyəti barədə məlumat verdilər. Prezident İlham Əliyevə əvvəlcə əsası 2000-ci ildə qoyulan “Matanat-A” şirkəti barədə məlumat verildi. İnşaat mate

Ardını oxu

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Dəmir Yollarının baş direktoru ilə görüşüb

26-11-2025 17:27:25

26 noyabr tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru – İdarə Heyətinin sədri Oleg Belozyorov ilə görüşüb. Görüş zamanı Azərbaycan–Rusiya iqtisadi əməkdaşlığının cari vəziyyəti və müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri müzakirə olunub. Xüsusi diqqət nəqliyyat-logistika sahəsində əməkdaşlığa, o cümlədən dəmir yolları arasında qarşılıqlı fəaliyyətə yönəldilib. Regionun

Ardını oxu