Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 31-də İstanbul Sənaye Palatası İdarə Heyətinin sədri Erdal Bahçıvanla görüşüb. Görüşdə iki qardaş ölkə arasında müxtəlif sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluq ifadə olunub. Ölkəmizdə yaradılan əlverişli investisiya və işgüzar mühit, eləcə də azad olunmuş ərazilərin biznes və investisiya imkanları barədə bəhs olunub. Türkiyə şirkətlərinin Azərbaycanda fə
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 30-da Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın birgə səyləri sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirdiyi qeyd edilib. Cari ilin sentyabr ayında “Azərbaycan Respublikas
Naxçıvan Muxtar Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsi ilə bağlı müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının, həmçinin regional və beynəlxalq müstəvidə atılan uğurlu addımların yeni reallıqlar yaratdığını və bunun növbəti dövrlərdə Azərbaycanın yeni inkişaf mərhələsindəki strateji baxışın
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq, ilk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. Saqr Qobaş bildirdi ki, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu ilin sentyabrında Azərbaycana,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanı qəbul edib. Qonaq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, bu xüsusda Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması münasibətilə dövlətimizin başçısını təbrik etdi, bu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub. Dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verildi. Bildirildi ki, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 2 hektara yaxındır. Burada 104 mənzil inşa olunub. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Hazırda binaların daxili bəzək işləri yekunlaşıb. Kompleksdəki