İlham Əliyev Tiencində "Sichian Sunsync Photovoltaic Technology Co" şirkətinin təsisçisi və sədri ilə görüşüb

01-09-2025 09:00:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində "Sichian Sunsync Photovoltaic Technology Co" şirkətinin təsisçisi və sədri Sie İ ilə görüşüb. Görüşdə Azərbaycanla şirkət arasında gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı. Ələt Azad İqtisadi zonasında yaxın gələcəkdə günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək müəssisənin yaradılması ilə

Ardını oxu

İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

29-08-2025 09:03:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib. Maqdalena Qrono Avropa İttifaqının rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb, Azərbaycan Prezidentini Avropa İttifaqının rəhbərliyi və öz adından Vaşinqtonda Ermənistanla münasibətlərin normallaşdırılması, sülh gündəliyi ilə bağlı əldə edilmiş mühüm nəticələr münasibətilə təbri

Ardını oxu

İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

27-08-2025 15:37:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi avqustun 26-da həmin telekanalda yayımlanıb. Müsahibəni təqdim edirik. Müxbir: “Əl-Ərəbiyyə” kanalının hörmətli tamaşaçıları, Sizi Azərbaycan Respublikasının paytaxtından, gözəl Bakı şəhərindən salamlamaq istəyirik. Bu gün mən Azərbaycan Prezidenti İlham Əliyevdən xüsusi müsahibə götürəcəyəm

Ardını oxu

Hökumətin Azərbaycan Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclası keçirilib

26-08-2025 19:13:39

Avqustun 26-da Nazirlər Kabinetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclası keçirilib. İclası giriş nitqi ilə açan Baş nazir Əli Əsədov Azərbaycan Prezidentinin bütün dünyanın diqqət mərkəzində olan triumfal Vaşinqton səfərinin ölkəmizin beynəlxalq siyasi arenada nüfuzunu və mövqeyini daha da gücləndirməklə yanaşı, regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində yeni p

Ardını oxu

İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət nazirini qəbul edib

25-08-2025 12:20:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib. Stiven Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması ilə əlaqədar əldə olunmuş tarixi nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı, ölkəs

Ardını oxu

Baş nazir Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

25-08-2025 09:18:01

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 22-də Çin Yol və Körpü Korporasiyasının prezidenti Vanq Lijun ilə görüşüb. Görüşdə Azərbaycanda son illərdə yol-nəqliyyat infrastrukturu sahəsində görülən işlər, xüsusilə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şəhərdaxili sıxlığın azaldılması və geniş nəqliyyat şəbəkəsinin qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə söhbət açılıb

Ardını oxu