Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumlarından sonra Azərbaycana verdiyi dəstəyə görə Çex Respublikasının Baş naziri Andrey Babişə minnətdarlığını bildirib. Prezidentin "X" hesabında bununla bağlı paylaşım edilib. Paylaşımda deyilir: "İran dövlətinin Azərbaycan ərazisinə dron hücumlarından sonra Çex Respublikasının nümayiş etdirdiyi güclü dəstək və həmrəylik mesajına görə Baş nazir cənab Andrey Babişə
Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç arasında telefon danışığı olub. Söhbət zamanı Yaxın Şərqdəki mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb, vəziyyətin daha da gərginləşməsindən narahatlıq ifadə olunub. Telefon danışığı zamanı İran tərəfindən Naxçıvana qarşı törədilən dron hücumları pislənilib. Söhbət zamanı Prezident İlham Əliyev Serbiyanın dövlət b
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Baş naziri Edi Ramaya İranın Naxçıvana etdiyi dron hücumlarından sonra Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlıq edib. Bu barədə Prezidentin "X" hesabında paylaşım edilib. Paylaşımda deyilir: "Mən Albaniyanın Baş naziri Edi Ramaya İran dövləti tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumlarından sonra Azərbaycana göstərilən sarsılmaz dəstəyə gö
Möhtərəm Ayətullah Xamenei həzrətləri. İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Atanız - İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın ira
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident. Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücum, həmçinin mülki əhalini təhlükə altına qoyan bu hadisə ilə əlaqədar Slovakiya Respublikası adından və şəxsən öz adımdan səmimi həmrəyliyimi bildirmək istəyirəm. Biz bu hücumu qətiyyətlə pisləyirik. Bu cür davranış qəbuledilməzdir, b
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri. İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazisinə etdiyi hücumlarla əlaqədar Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü qismində Sizə tam dəstəyimi və həmrəyliyimi ifadə edirəm. Biz bu hücumları qəti şəkildə qəbuledilməz və dərin narahatlıq doğuran hal hesab edirik. Həmin hücumlar regional sabitlik və təhlükəsizlik üçün ciddi təhdiddir.