Naxçıvanda dövlət satınalmaları mövzusunda maarifləndirmə tədbiri keçirilib

Fevralın 24-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Naxçıvanda dövlət satınalmaları mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin, eləcə də dövlət orqanları əməkdaşlarının iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxış ediblər.

Tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı tərəfindən yeni satınalma qaydaları ilə bağlı təlim keçirilib. İştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

 

 

 

 

 

24-02-2026 18-02-30